Musa Qurbanlıdan üzücü xəbər

Musa Qurbanlıdan üzücü xəbər

Dünən "Turan Tovuz"la matçın əvvəlində zədələnən Musa Qurbanlının sağlıq vəziyyətinə aydınlıq gətirilib.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, 24 yaşlı hücumçu dizindən zədə alıb.

Forvard qarşıdakı üç həftədə müalicə olunacaq.

PL-də sona 3 tur qaldığını nəzərə alsaq, Qurbanlının mövsümü erkən başa vurduğunu demək olar.