"Napoli"nin 6 əsas futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
Noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək "Napoli"də itkilər artır.
"Mediasport" xəbər verir ki, Antonio Kontenin baş məşqçisi olduğu İtaliya klubunun 6 futbolçusu Azərbaycan çempionu ilə matçda forma geyinməyəcək.
Zədə səbəbindən qapıçı Aleks Meret və yarımmüdafiəçilər Andre Angissa ilə Kevin De Brüynenin "atlılar"a qarşı oynamayacağı əvvəldən məlum idi.
Bərpa prosesi keçən Leonardo Spinatsola, yarımmüdafiəçi Billi Gilmur və hücumçu Romelu Lukakunun da görüşə qədər hazır olmayacağı dəqiqləşib.
Neapoldakı Dieqo Armando Maradona adına stadionda baş tutacaq duel Bakı vaxtilə saat 00:00-da start götürəcək.
