"Neftçi" Əbu-Dabi toplanışında "Kayrat"ı 3 qolla üstələdi
Birləşmiş Ərəb Əmirliklərində qış toplanışı keçən "Neftçi" ilk yoxlama matçına çıxıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Əbu Dabidə Qazaxıstanın "Kayrat" kollektivi ilə üz-üzə gəliblər.
Qarşılaşma təmsilçimizin böyükhesablı qələbəsilə yekunlaşıb - 3:0.
Qolları Ağadadsğ Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurublar.
Yuri Vernidubun baş məşqçisi olduğu "Neftçi" hazırlıq görüşlərində digər rəqibləri yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları olacaq.
