Rəşad Sadıqov razılıq verdi, "Zirə"də 5 yeni müqavilə rəsmiləşdi

Rəşad Sadıqov razılıq verdi, "Zirə"də 5 yeni müqavilə rəsmiləşdi

"Zirə" 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi baş məşqçi Rəşad Sadıqovun təqdimatı əsasında Eren Aydın, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodio ilə anlaşmanı yeniləyib.

Eren 3 illik, Volkov, Bayramov və Əlicanov 2 illik kontrakta qol çəkib, Kustodio ilə vvəlki sazişdə yer alan 1+1 illik anlaşmanın ikinci bəndi qüvvəyə minib.

Xatırladaq ki, mövsüm başa çatandan sonra "qartallar"ı Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Tyaqo Silva və Anatoli Nuriyev tərk edib.