"Neftçi" Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq

"Neftçi" Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq

Məlum olduğu kimi, UEFA "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırıldığını açıqlayıb.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisinin İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti müsbət nəticə verməsə, Konfrans Liqasına onların əvəzinə Premyer Liqada mövsümü beşinci bitirən "Zirə" yollanacaq.

Qəsəbə təmsilçisi yarışa qoşulsa, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.

Ölkə çempionatını 4-cü yerdə başa vuran "Neftçi" isə turnirə 2-ci raunddan qoşulacaq.