Daha bir legioner "Zirə"dən getdi

 Daha bir legioner "Zirə"dən getdi

Avrokuboklarda uğursuz çıxışı ilə yadda qalan "Zirə"dən daha bir legioner ayrılıb.

"Mediasport" xəbər verir ki, Brahim Konate komandanı tərk edib.

Fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

30 yaşlı yarımmüdafiəçi "qartallar"a "Şamaxı"dan transfer edilmişdi.

Xatırladaq ki, onadək "Zirə"dən əcnəbilərdən Stefan Aka, Leroy Mikels, Tyaqo Silva və Ayron Qomis gedib.