"Neftçi"də işləmək hər bir məşqçi üçün fəxrdir" - Elvin Məmmədov
"Neftçi" Azərbaycanın ən köklü və titullu klublarından biridir. Burada işləmək hər bir məşqçi üçün fəxrdir".
Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin U-17 komandasının yeni baş məşqçisi Elvin Məmmədov deyib.
Gənc mütəxəssis "ağ-qaralar"a təyinatı haqda danışıb:
"Klubdan əlaqə saxladılar. Keçmiş komanda yoldaşım Aqil Məmmədov dedi ki, baş məşqçi postu boşdur, gələ bilərsənsə, gəl işlə. Mən də məmnuniyyətlə qəbul etdim. Klub rəsmiləri ilə görüşdük, səmimiyyətlə, mehriban qarşıladılar, xeyir-dua verdilər.
Mənimçün yeni bir səhifədir. Allahın izni ilə etimadı doğrultmağa çalışacam. Ötən bir ayda çalışdığım "Qəbələ" klubunun rəhbərliyinə də mənə yaratdıqları şərait üçün təşəkkür edirəm".
Xatırladaq ki, noyabrın 27-də 1-ci Liqa klubu "Səbail"in baş məşqçi postundan istefa verən Elvin Məmmədov son ayyarımda "Qəbələ"nin U-17 komandası ilə işləyib.
