"Neftçi"də növbəti ayrılıq oldu - Daha bir legioner yola salındı

"Neftçi"də növbəti ayrılıq oldu - Daha bir legioner yola salındı

"Neftçi" daha bir legioneri ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Yuri Vernidubun raportu əsasında Alessio Kurçi "gözdən çıxarılıb".

Lüksemburqlu hücumçuya bir müddətdir deyilib ki, özünə yeni iş yeri tapsın.

24 yaşlı forvardın adının cari mövsüm üçün Peşəkar Futbol Liqasına verilən iştirak ərizəsinə salınmaması təsadüfi deyil.

Kurçinin "ağ-qaralar"la anlaşması 2028-ci ilin yayında başa çatacaq, lakin yeni komanda tapacağı təqdirdə ona maneə yaradılmayacağı bildirilib.

Ötən ilin yayından "Neftçi"də olan futbolçu indiyədək 19 oyun keçirib, 2 qol vurub.

Xatırladaq ki, paytaxt təmsilçisi onadək Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Cordan Rezabala, Ryonosuke Ohori və İmad Fərəclə vidalaşıb.