Kolumbiyalı futbolçu "Qarabağ"dan ayrıldı - GÖZLƏNİLMƏZ QƏRAR
"Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycandan ayrılıb.
"Mediasport"a verilən məlumata görə, müdafiəçi Ağdam təmsilçisi ilə vidalaşıb.
Premyer Liqanın 32-ci turundan sonra komanda üzvləri ilə görüşən kolumbiyalı karyerasında yeni səhifə açmaq istədiyini deyib.
Rəhbərlik klubla gələn yaya qədər müqaviləsi olan cənubi amerikalının seçiminə hörmətlə yanaşdığını bildirib.
Rəsmi açıqlamanın bugünlərdə veriləcəyi gözlənilir.
Xatırladaq ki, yeni mövsümün hazırlıqlarına start verən Ağdam klubu 4 futbolçu (Sami Mmae, Emmanuel Addai, Ramil Şeydayev, Toral Bayramov) ilə vidalaşıb, iki yeni (Jali Muaddib, Zakartia Savo) transfer edib.


