"Neftçi"nin yetirməsi 2-ci Liqada
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yeni mövsümə hazırlaşan “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, lökbatanlılar İbrahim Novruzovu transfer ediblər.
Tərəflər arasında bir illik müqavilə bağlanıb.
Yarımmüdafiəçinin son klubu 1-ci Liqada MOİK olub.
“Neftçi”nin yetirməsi “ağ-qaralar”ın əvəzedici komandasında oynayıb.
2-ci Liqada yeni mövsüm sentyabrın 1-də start götürəcək.


