"Turan Tovuz"dan ayrılan milli üzvü Premyer Liqanın digər klubunda
"Turan Tovuz"dan ayrılan Ayxan Hüseynov "Zirə"yə keçib.
"Mediasport" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Azərbaycan milli komandasının üzvü karyerası ərzində "Leninqradetç", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnu" və "Ximki" (hamısı Rusiya) klublarında da forma geyinib.
O, 2025/2026 mövsümündə Tovuz təmsilçisinin heyətində ümumilikdə 38 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.



