Orxan Əliyev "Neftçi"yə 2 qol vurub oyunun ən yaxşısı seçildi - FOTO

Orxan Əliyev "Neftçi"yə 2 qol vurub oyunun ən yaxşısı seçildi - FOTO

Futbol üzrə Qırğızıstan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, azərbaycanlı hücumçu Orxan Əliyevin formasını geyindiyi "Özkənd" doğma meydanda "Neftçi" (Koçkor-Ata) ilə qarşılaşıb.

Forvardın dubl etdiyi görüş komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Ökənd" 19 turdan sonra 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.