Millimiz Moldovaya məğlub oldu

 Millimiz Moldovaya məğlub oldu

17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ikinci oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız meydan sahiblərinin U-18 komandası ilə qarşılaşıb.

Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da baş tutan görüş Moldova millisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub.

Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.