Premyer Liqada mövsümün son qalibi Emin Mahmudov oldu

Peşəkar Futbol Liqasının (PFL) mövsüm boyu keçirdiyi “Ayın qolu” layihəsi üzrə sonuncu qaliblər açıqlanıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqada may ayının ən yaxşı qol müəllifi "Neftçi"dən Emin Mahmudov seçilib.
1-ci Liqada ayın qalibi "Karvan"dan Ezekiel Morqan, 2-ci Liqadan isə "Hypers Guba"dan Hüseyn Novruzov qalib adına layiq görülüb.