“Prezident Kuboku-2025”in rəsmi paradı keçiriləcək - VİDEO

Aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.
“Mediasport” xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.
Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.
Əraziyə giriş sərbəstdir.
Qeyd edək ki, aprelin 28-dən mayın 2-dək baş tutacaq “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.