İdmançımız Slovakiya turnirində daha bir qızıl medal qazandı

 İdmançımız Slovakiya turnirində daha bir qızıl medal qazandı

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə keçirilən 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində daha bir qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, idmançımız 20-dən çox ölkənin mübarizə apardığı turnirdə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.

Xatırladaq ki, Sçilovenko dünən birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadənin də ikinci yeri tutduğunu xatırladaq.