"Qarabağ"da heyətə düşə bilmirdi, titullu və məşhur kluba keçdi

"Qarabağ"da heyətə düşə bilmirdi, titullu və məşhur kluba keçdi

2022-2024-cü illərdə "Qarabağ"ın qapıçısı olmuş Luka Quqeşaşvili karyerasında daha bir uğurlu addım atıb.

"Mediasport" xəbər verir ki, 2024-cü ilin yayında Ağdam təmsilçisindən Yunanıstanın "Panserraikos" komandasına keçən gürcüstanlı qolkiper bu dəfə ölkənin titullu klublarından birinə - PAOK-a transfer olunub.

Saloniki təmsilçisi Panserraikos klubuna 1 milyon avro təzminat ödəyərək 25 yaşlı Lukanı rənglərinə bağlayıb.

Qeyd edək ki, "Qarabağ"da əsas heyətə düşə bilməyən Quqeşaşvili "köhlən atlar"ın heyətində 33 oyun keçirib.