“Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turniri keçirildi
“Azərbaycan Şahmat Turu” çərçivəsində “Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turniri keçirilib.
"Mediasport" xəbər verir ki, A qrupunda 7,5 xal toplayan Tunar Davudov bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi adını qazanıb.
Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Aktivində 7 xalı olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapid mübarizəsində Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birincilik qazanıb.
Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış sentyabrın 3-10-da keçiriləcək “Guba Open” olacaq.


