Bakı təmsilçisindən ayrılan forvard Tunis klubuna keçdi

“Səbail”dən ayrılan İnnosent Nşutinin yeni komandası məlum olub.
"Mediasport" xəbər verir ki, ruandalı forvard karyerasını Tunisdə davam etdirəcək.
Hücumçu Premyer Liqa təmsilçisi "Esperans"a keçib. Nşuti Carcis klubu ilə bir illik müqavilə bağlayıb.
Xatırladaq ki, yığma üzvü 2025-ci ilin yanvarında qoşulduğu "Səbail"in heyətində 15 oyuna 1 qolla yadda qalıb.