"Qarabağ" güclü komandadır, amma PAOK-dan üstün deyil"
"Qarabağ"ın təcrübəsi var və bunu heç kim inkar etmir. Ancaq bu komandanı həddindən artıq böyütməyə ehtiyac yoxdur".
"Mediasport" xəbər verir ki, bu sözləri Ukrayna milli komandası və "Dinamo"nun sabiq hücumçusu Artyom Milevski deyib.
Ötənlərin məşhur futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində sabiq klubunun "Qarabağ"la keçirəcəyi oyunlar haqda danışıb.
O, Kiyev təmsilçisinin ümid vermədiyini açıqlayıb:
“Dinamo”nun Avropa Liqasındakı çıxışı məndə nikbinlik yaratmadı. İstər "Universitatya", istərsə də PAOK ilə oyunlarda eyni mənzərəni gördük.
Futbolçuların istəkli olmadığını demirəm. Onlar çalışırlar, lakin bu, meydanda görünmür.
"Qarabağ"a gəlincə, güclü komandadır, amma PAOK-dan üstün deyil. Onlar ÇSKA (Sofiya) ilə hər iki oyunda qol vura bilmədilər".
Qeyd edək ki, komandalar arasında ilk görüş bu axşam Polşada, cavab qarşılaşması avqustun 13-də Bakıda keçirəcək.
Milevski 2002-2013-cü illərdə "Dinamo"nun heyətində 178 oyuna çıxıb, 50 dəfə isə milli komandada oynayıb.


