"Qarabağ" - "Sabah" matçının biletləri 5 manatdan satılacaq

 "Qarabağ" - "Sabah" matçının biletləri 5 manatdan satılacaq

Aprelin 18-də Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Sabah” oyununun biletləri satışa çıxarılır.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri sabah saat 15:00-dan etibarən əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olara 5–20 manat aralığında dəyişir.

Biletlər 16, 17 və 18 aprel tarixlərində həm iTicket.az-dan onlayn, həm də "Park Bulvar" AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopunda və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Matç saat 19:30-da başlanacaq.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.