Fərəcov Azərbaycanda aprel ayının ən yaxşı qolunun müəllifi seçildi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifi MOİK-dən Seyxan Fərəcov seçilib.
Ona mükafatı 27-ci turun “Difai” ilə qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.


