"Neftçi" ondan canını qurtara bilmir - Tərəflər "DALANA DİRƏNİBLƏR"

"Neftçi" ondan canını qurtara bilmir - Tərəflər "DALANA DİRƏNİBLƏR"

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" daha bir futbolçusu ilə yollarını ayırmağa çalışır.

Lakin bu istək mövsüm başa çatan kimi heyətdə köklü islahatlar edən "ağ-qaralar"a asan başa gələnə oxşamır.

Paytaxt təmsilçisi bir müddətdir müqaviləni qarşılıqlı şəkildə ləğv etmək və cüzi təzminat ödəmək üçün danışıq apardığı Alfa Kontedən "hə" cavabını ala bilmir.

Syerra leoneli yarımmüdafiəçi 2027-ci il iyunun sonunadək qüvvədə olan anlaşma şərtlərinin tam yerinə yetirilməsini tələb edir.

"Neftçi"yə 2024-cü ilin yanvarında transfer edilən və geridə qalan müddətdə cəmi 12 oyunda meydana çıxan 25 yaşlı futbolçu güzəştə getmək fikrində deyil. Danışıqlar davam etdirilir.

Xatırladaq ki, bakılılar Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Rafael Quzzo, Robert Bauer, Yeqor Boqomolski və Dembo Darbonu yola salıblar.

Mediasport.com.az