"Qarabağ"a 4 qol vuran vinger "Barselona" ilə müqavilə bağladı

"Qarabağ"a 4 qol vuran vinger "Barselona" ilə müqavilə bağladı

İspaniya nəhəngi “Barselona” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, La Liqanın son qalibi İngiltərənin “Nyukasl Yunayted” klubundan Entoni Qordonu rənglərinə bağlayıb.

25 yaşlı vingerin keçidinin 80 milyon avroya başa gəldiyi bildirilir.

Qordon bu mövsüm “sağsağanlar"ın heyətində 46 oyuna 17 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, İngiltərə millisinin üzvü bu mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la görüşlərdə 4 dəfə fərqlənib.