"Qarabağ"ın sabiq futbolçusu 2-ci Liqa klubu ilə müqavilə bağladı

"Qarabağ"ın sabiq futbolçusu 2-ci Liqa klubu ilə müqavilə bağladı

2023-2024-cü illərdə "Qarabağ"da oynamış Adama Diakabinin yeni klubu müəyyənləşib.

Mediasport.com.az xəbər verir ki, 28 yaşlı fransalı karyerasını Rumıniyada davam etdirəcək.

Vinger 2-ci Liqa təmsilçisi "Politexnika" klubuna transfer edilib. Yaşi təmsilçisi ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, Ağdam klubunun heyətində ümidləri doğrultmayan Diakabi "köhlən atlar"ın forması ilə 24 oyun keçirib 5 qol vurmuşdu.