"Qarabağ"ın 5 legioneri milli komandalarına dəvət aldılar

"Qarabağ"ın 5 legioner futbolçusu növbəti dəfə ölkələrinin milli komandalarına dəvət alıblar.
"Mediasport" xəbər verir ki, Marko Yankoviçlə Marko Veşoviç Monteneqro yığmasına çağırılıblar.
Yassin Benzia Əlcəzair, Mateuş Koxalski Polşa, Patrik Andrade isə Kabo Verde seçməsinin düşərgəsinə yollanıb.