"Sabah" "Şamaxı"nı məğlub etdi
Mövsümün ikinci yarısına hazırlaşan "Şamaxı" və "Sabah" komandaları yoxlama matçı keçiriblər.
"Mediasport" xəbər verir ki, görüş Masazır stadionunda baş tutub.
Premyer Liqada qış fasiləsinə lider yollanan "bayquşlar" 2:0 hesablı qələbə qazanıblar.
Qolları Cesse Sekidika və Stefen Ende vurublar.
Qeyd edək ki, “Şamaxı”nın növbəti goyunu yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 Azərbaycan millisinə qarşı olacaq.
