Super Liqanın baş katibi Peşəkar Futbol Liqasının qonağı oldu
Serbiya Super Liqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub.
"Mediasport" xəbər verir ki, qonaq qurumun prezidenti Elxan Səmədov ilə görüşüb.
Görüş zamanı Serbiya Super Liqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olunub.
Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs Peşəkar Futbol Liqasına və Azərbaycan futboluna uğurlar arzu edib.


