"Qarabağ" da Azərbaycanın UEFA reytinqində əlavə xallar yazdırdı

"Qarabağ" da Azərbaycanın UEFA reytinqində əlavə xallar yazdırdı

"Qarabağ" növbəti dəfə Azərbaycanın UEFA reytinqində xalını artırıb.

"Mediasport" xəbər verir ki, bu, Ağdam klubunun UEFA Avropa Liqasında "Vestri"yə qalib gəlməsi ilə reallaşıb.

İslandiya klubunu Bakıda 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.

Hesabında 19,313 əmsalı olan Azərbaycan hazırda sıralamada 26-cı pillədə qərarlaşıb.

27-ci yerdə olan Serbiyanın 18,125 xalı var. Azərbaycan 20,750 xalı olan İsraildən geri qalır.

Xatırladaq ki, bu həftə daha əvvəl "Sabah" və "Zirə" də ölkə reytinqinə hərəyə 0,250 qələbə xalı əlavə etdirib.

Reytinq cədvəlinə 98,520 xalla İngiltərə başçılıq edir.