"Qarabağ"ın Avropada uğur qazanmaq potensialı yüksəkdir"

"Qarabağ"ın Avropada uğur qazanmaq potensialı yüksəkdir"

Qarabağ”ın Avropada uğur qazanmaq potensialını yüksək qiymətləndirirəm".

"Mediasport" xəbər verir ki, bunu "Azərtac"a açıqlamasında İtaliya millisinin və “İnter”in keçmiş qapıçısı Valter Zenqa deyib.

65 yaşlı mütəxəssis “Qarabağ”ın indiyə qədər Çempionlar Liqasında göstərdiyi performansdan xəbərdar olduğunu bildirib:

“Oyunlarını izləməmişəm, amma bilirəm ki, komanda indiyə qədər uğurlu çıxışla yadda qalıb. Almaniyanın “Ayntraxt” və İngiltərənin “Liverpul” klubları ilə qarşılaşmalar olacaq.

Düşünürəm ki, şans hər zaman var. Hər şey komandanın vəziyyətindən asılıdır. “Ayntraxt”la oynamaq asan deyil, amma yaxşı fürsətlər yarada bilərlər”.

O, həmçinin adının bir vaxtlar “Neftçi” ilə hallanmasına da toxunub: “Neftçi” ilə rəsmi danışıq aparmamışdım. Nəticədə keçid reallaşmadı”.

Azərbaycan futbolunun ümumi vəziyyəti ilə bağlı danışan Zenqa qeyd edib ki, ölkə futbolu barədə çox məlumatı yoxdur:

“Həmyerlim Canni De Byazi Azərbaycan millisində işləyib. Fikrimcə, o, ölkə futbolunun, eləcə də oyunçuların texniki və mənəvi inkişafı üçün yaxşı işlər gördü”.

Qeyd edək ki, Valter Zenqa 1982-1994-cü illərdə Milanın “İnter” komandasında çıxış edib.

O, İtaliya millisinin heyətində 58 matçda meydana çıxıb.