ÇL: "Qarabağ"ın liqa mərhələsində şansları belə dəyərləndirildi - FOTO

ÇL: "Qarabağ"ın liqa mərhələsində şansları belə dəyərləndirildi - FOTO

"Qarabağ" 2025-26 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, "Football Meets Data" statistika platforması qitənin nüfuzlu klub turnirində iştirakçı komandaların qərarlaşacağı pillələrin sıralamasını tərtib edib.

"Qarabağ"ın "Top-8"ə düşmək üçün 0,1; "Top-24"də yer almaq üçün 9 faiz şansı var.

Azərbaycan çempionu turnirin liqa mərhələsində "Çelsi", "Ayaks", "Kopenhagen" və "Ayntraxt"la Bakıda, "Liverpul", "Benfika", "Napoli" və "Atletik"lə səfərdə üz-üzə gələcək.