"Qarabağ"ın gəncləri "Ayaks"a böyük hesabla məğlub oldular
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində son matçını keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda "Ayaks"la qarşılaşıb.
Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutan oyun Niderland təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 8:0.
Xatırladaq ki, komandamız bunadək yarışda keçirdiyi 5 duelin hamısında məğlub olmuşdu.
