Zubir UEFA-nın rəsmi saytına açıqlama verdi: "Qürur duyuram"

Zubir UEFA-nın rəsmi saytına açıqlama verdi: "Qürur duyuram"

"Qarabağ"a gələndə məqsədim Çempionlar Liqasının əsas mərhələsində oynamaq idi. Avropa Liqasında və Konfrans Liqasında oynamaqdan zövq alırdım, amma Çempionlar Liqası tamamilə fərqlidir.

"Mediasport" xəbər verir ki, bunu UEFA-nın rəsmi saytına açıqlamasında "Qarabağ"ın kapitanı Abdullah Zubir deyib.

Ağdam klubunun lideri xəyallarının reallaşmasından, "atlılar"ın Avropada yetərincə tanınmasından, uğurlarından danışıb:

"Son bir neçə ildə müxtəlif istiqamətlərdə klubumuzun peşəkarlığı artıb. Buraya qidalanma, məşq, infrastruktur, iş yükü və.s. məqamları qeyd edə bilərəm. Artıq bir neçə illik zəhmətin nəticəsini görməyə başlamışıq".

Mərakeşli vinger arzularının çin olmasından söz açıb:

"Mən "Qarabağ"a çox oyunçunun peşəkarlaşmadığı sıravi insanlar arasından gəlmişəm. Hansı ki, yanımdakı əksəriyyətin peşəkar futbolçu olmaq şansları çox az idi. Məhəllədə oynayanda həmişə öz-özümə deyirdim ki, bir gün Çempionlar Liqasında oynayacam. Çempionlar Liqası futbolun zirvəsidir.

“Qarabağ”a gələndə şansımın olduğunu anladım. Bu gün belə bir komandanın kapitanı olduğum üçün çox qürur duyuram".