"Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakimlər idarə edəcək

"Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakimlər idarə edəcək

Dekabrın 10-da Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" oyununun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionunun Niderland təmsilçisi ilə qarşılaşmasını Sloveniyadan olan ədalət təmsiçiıəri idarə edəcəklər.

Baş hakim Rade Obrenoviçin yan xətdə köməkçiləri Yure Praprotnik və Qreqa Kordej olacaq.

Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də start götürəcək.