Dünyada Beynəlxalq İdman Jurnalistləri Günü qeyd olunur

Dünyada Beynəlxalq İdman Jurnalistləri Günü qeyd olunur

İyulun 2-si dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd edilir.

"Mediasport" xəbər verir ki, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) əsası 1924-cü ilin bu günündə qoyulub.

AİPS-in yaradılması təşəbbüsü beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində qəbul edilib.

Əlamətdar gün 1995-ci ildən başlanaraq hər il qeyd olunur.

Hazırda dünyanın 160-dan çox ölkəsinin AİPS-də təmsilçisi mövcuddur.

Üzvlər arasında yer alan Azərbaycanın təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdır (AİJA).

Qurum AİPS-ə 1996-cı ildə müvəqqəti, bir il sonra isə tam hüquqlu üzv seçilib.

27 aprel-1 may 2014-cü il tarixlərində Bakıda AİPS-in 90 illiyinə təsadüf edən konqres keçirilib və mötəbər tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.