"Qarabağ"ın rəqibinin futbolçusu Fransa klubunda oynayacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq Almaniyanın "Ayntraxt" klubununun futbolçusu Elye Vai karyerasını Fransada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, Frankfurt təmsilçisi 23 yaşlı hücumçusu "Nitsa"ada forma geyinəcək.
Fransanın gənclər yığmasının üzvü mövsümün sonunadək icarəyə verilib.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
