Almaniya ilk matçına çıxır, Niderland Yaponiyaya qarşı
Futbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün axşam daha iki qarşılaşma keçiriləcək.
Mundialın iddialı komandalarından Almaniya ilk dəfə Dünya Kubokuna vəsiqə qazanan Kürasao ilə qarşılaşacaq.
Gecənin ən maraqlı matçı Dallasda baş tutacaq. Niderland Yaponiya ilə üz-üzə gələcək.
Turun digər oyunları iyunun 14-dən 15-nə keçən gecə və səhər saatlarında baş tutacaq.
Öncə Fil Dişi Sahili - Ekvador, daha sonra isə İsveç - Tunis matçı oynanılacaq.
DÇ-2026. 1-ci tur
14 iyun
21:00 Almaniya - Kürasao
00:00 Niderland - Yaponiya
15 iyun
03:00 Fil Dişi Sahili - Ekvador
06:00 İsveç - Tunis


