"Qarabağ"ın üzvü Çempionlar Lqiasında fərqlənənlər sırasında

"Qarabağ"ın üzvü Çempionlar Lqiasında fərqlənənlər sırasında

UEFA Çempionlar Liqasının Liqa mərhələsində qapıçıların qurtarışlar üzrə statistikası açıqlanıb.

"Mediasport" xəbər verir ki, siyahıda "Qarabağ"ın üzvü Mateuş Koxalski də yer alıb.

Ağdam klubunun polşalı qolkiperi 30 "seyv"lə "10-luq"da qərarlaşıb.

Sıralamanın lider Norveçin “Budö-Qlimt” komandasından Nikita Haykindir. Rusiyalının aktivində 8 oyuna 49 qurtarış var.

Xatırladaq ki, Koxalski əsas raundda keçirilən 8 görüşün hamısında meydanda olub və ümumilikdə 21 top buraxıb.