"Şamaxı" milli ilə qarşılaşacaq
Qış fasiləsini başa vuran "Şamaxı" təlim-məşq toplanışına başlayıb.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun komandası paytaxtda biraraya gəlib.
Hazırlıqları Mərdəkanda davam etdirəcək əyalət təmsilçisi toplanış çərçivəsində 3 yoxlama matçında gücünü sınayacaq.
Rəqiblərdən ikisi dəqiqləşib: "Şirlər" yanvarın 11-də “Sabah”, 17-də U-21 millisi ilə üz-üzə gələcəklər.
Digər rəqib hələlik müəyyənləşməyib.
