"Böyük Dəbilqə": Qazaxıstanda millimizin 11 üzvü yarışacaq

 "Böyük Dəbilqə": Qazaxıstanda millimizin 11 üzvü yarışacaq

Mayın 8-10-da Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.

"Mediasport" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən baş tutacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) mübarizə aparacaq.


Kişilər


66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

73 kq

Rəşid Məmmədəliyev

90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri


Qadınlar


48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

70 kq

Südabə Ağayeva