"Ramsdeyl Elvin Cəfərquliyevin zərbəsinin qarşısını ala bilmədi"
"İlk oyundan sonra artıq 6:1 hesabı ilə irəlidə olan "sağsağanlar" cavab matçının startında Sandro Tonali və Joelintonun qolları sayəsində tez bir zamanda üstünlük qazandılar".
"Mediasport" xəbər verir ki, bu fikirlər UEFA-nın saytına yer alıb.
Avropa futbol təşkilatının rəsmi portalında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin İngiltərədə keçirilmiş "Nyukasl" - "Qarabağ" qarşılaşmasından bəhs edilib.
Yazıda turu keçən ingilislərin cavab oyununda 3:2 hesablı qələbəsi şərh olunub:
"İkinci hissədə daha çox hadisələr yaşandı - Kamilo Duran və Sven Botman 100 saniyəlik fərqlə qollar vurdular. Bundan sonra Aaron Ramsdeyl Marko Yankoviçin penaltisini dəf etsə də, Elvin Cəfərquliyevin zərbəsinin qarşısını ala bilmədi. Hər iki komanda hücumlarını davam etdirsə də, bu matçda ümumi qol sayı 12 olaraq qaldı".
Xatırladaq ki, Bakıda görüşdə təmsilçimiz rəqibinə 1:6 hesabı ilə uduzmuşdu.
