"Neftçi" Polşa toplanışında İsrail klubu ilə bərabərə qaldı

 "Neftçi" Polşa toplanışında İsrail klubu ilə bərabərə qaldı

Yay hazırlığını Polşada keçən "Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel" (Təl-Əviv) klubu ilə qarşılaşıblar.

Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunan matç bərabərliklə başa çatıb - 1:1.

Təmsilçimizin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.

Qeyd edək ki, “Neftçi” Polşada iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) kollektivləri ilə üz-üzə gələcək.