Respublika üzrə 17 uşaq "Turan Tovuz" akademiyasına seçildi

Respublika üzrə 17 uşaq "Turan Tovuz" akademiyasına seçildi

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər yekunlaşıb.

"Mediasport" xəbər verir ki, 21 iyul tarixindən başlayan seçimlər 4 gün davam edib.

21-22 iyul tarixlərində 2013, 2014, 2015 və 2016-cı illər, 23-24 iyul tarixlərində isə 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü futbolçuların seleksiyası həyata keçirilib.

Seçimlərə ölkəmizin bütün bölgələrindən ümumilikdə 450-ə yaxın uşaq qatılıb.

25 nəfərdən ibarət məşqçi heyətinin fərdi və komanda qiymətləndirməsinə əsasən 17 nəfər akademiyaya üzv qəbul olunub.