Rövşən Nəcəf Vaşinqtonda UFA-nın vitse-prezidenti ilə görüşdü
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.
"Mediasport" xəbər verir ki, görüş ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən DÇ-2026-nın final mərhələsinin püşkatma mərasimindən sonra baş tutub.
Federasiya rəhbərləri 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə keçirəcəyi U-20 dünya çempionatı barədə müzakirə aparıb.
Görüş zamanı mundialın təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.
