Erlinq Haalandı ÇL-də geridə qoyan "Qarabağ"lının qolu ən yaxşı seçildi

Erlinq Haalandı ÇL-də geridə qoyan "Qarabağ"lının qolu ən yaxşı seçildi

UEFA Çempionlar Liqasında əsas mərhələnin ikinci turunun ikinci oyun günündə vurulmuş ən yaxşı qol müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qalib "Qarabağ"ın futbolçusu Emmanuel Addai olub.

24 yaşlı hücumçu Bakıda Danimarkanın "Kopenhagen" klubuna 2:0 hesabı ilə qalib gəldikləri matçda ikinci qolu vurub.

Namizədlər arasında "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze və PSV-dən İsmael Saibari də var idi.

Qalib azarkeşlərin UEFA-nın saytında səsverməsi ilə müəyyənləşib.