Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursları yekunlaşdı

 Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursları yekunlaşdı

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov təqdim ediblər.