AFFA-da püşkatma keçirildi
AFFA U-13 Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, federasiyanın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Həmçinin iştirakçı komandaların 1/4 və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.
1/8 final mərhələsinin ilk oyunları aprelin 18-19-da keçiriləcək.
AFFA U-13 Liqası, 1/8 final
“Qarabağ” - “Azəri” (Gəncə)
“Qəbələ” - “Ulduz” (Mingəçevir)
“Turan Tovuz” – “Viləş”
“Xan Lənkəran” - “Aran” (Beyləqan)
“Araz Saatlı” - “Sumqayıt”
“Araz-Naxçıvan” - “Sabah”
“Sumqayıt City” - “Zirvə”
“Neftçi” - “Metak”
