Sabiq "Qarabağ"lı Bakıda keçmiş komanda yoldaşları ilə görüşdü

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Ferensvaroş"la qarşılaşacaq.
"Mediasport" xəbər verir ki, bu ilin mayında "Qarabağ"dan "Ferensvaroş"a keçən Julio Romao da Azərbaycana gəlib.
Braziliyalı Azərbaycan çempionunun sabiq futbolçuları, hazırda "Araz-Naxçıvan"da çıxış edən Patrik Andrade və Hamidu Heyta ilə görüşüb.
Romao 2022-ci ildən 2025-ci ilə qədər "köhlən atlar"ın formasını geyinib.
Pley-off raundunun "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab oyunu bu gün saat 20:45-də start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.