"Sabah"ın Çempionlar Liqası matçının hakimləri dəyişdirildi
Avqustun 11-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirilib.
"Mediasport" xəbər verir ki, Danimarka klubu ilə qarşılaşmanı Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Villi Delajonun yan xətlərdə köməkçiləri Ervan Fenjan və Valentin Evrar olacaqlar.
Dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək.
VAR-da Bastyen Deşepi, AVAR-da isə Nikolya Renvil əyləşəcək.
Görüş saat 20:00-da start götürəcək.
Xatırladaq ki, UEFA qarşılaşmanı daha əvvəl Joau Pineyrunun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə həvalə etmişdi.


