"Sabah"ın legioneri Çempionlar Liqasında ən sərrast futbolçudur

 "Sabah"ın legioneri Çempionlar Liqasında ən sərrast futbolçudur

UEFA Çempionlar Liqasında 3 təsnifat mərhələsindən sonra bombardirlər müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ən sərrast futbolçuların siyahısında "Sabah"ın legioneri Velko Simiç liderliyə yüksəlib.

Danimarkanın "Orhus" klubu ilə cavab görüşündə də fərqlənən serbiyalı vinger bu mövsüm turnirdə vurduğu qolların sayını 5-ə çatdırıb.

2-3-cü yerləri 4 qolla “Fənərbağça”dan Anderson Talişka və “Çelye”dən Mario Kvesiç bölüşürlər.

Xatırladaq ki, Simiç əvvəlki turlarda TNS (Uels) və "KuPS"un (Finlandiya) qapısına yol tapıb.